Gənc müğənni təyyarə qəzasında həlak oldu
Tarix: 28-05-2019, 10:36

GÉnc müÄÉnni tÉyyarÉ qÉzasında hÉlak oldu

Braziliyada “Piper PA-28-180” tipli kiçik təyyarə qəzaya düşüb.
 “Ölkə.Az” xəbər verir ki, təyyarədə olan məşhur müğənni Qabriel Diniz və iki nəfər həlak olub. Qabriel konsertdən sonra ailəsinin yanına getmək üçün təyyarəyə minibmiş.
Qəza Sergipe vilayətinin Estankia şəhərində baş verib. Dinizin ölümü barədə yerli mətbuat xəbər verib. KİV eyni zamanda müğənninin son səfərindən əvvəl lentə aldığı bir videonu da yayıb. Kadrlarda Diniz pilot və köməkçisi ilə foto çəkdirir. Hazırda hadisə yerində polis işləyir. Qəzanın başvermə səbəbi araşdırılır.









Paylaş: