Yeni kanal və sayt fəaliyyətə başlayır
Tarix: 27-05-2019, 16:10



Güney azərbaycanlıların AN.T (Aznyus Televiziyası) özəl media qurumu iyunun 1-dən fəaliyyətə başlayacaq.
Kult.az xəbər verir ki, əsasən, İrandakı gündəm hadisələri yaymağı hədəfləyən televiziya peyk, veb-sayt, sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları da təqdim edəcək.
Verilişlər İsveçin Stokholm şəhərindən yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır.
AN.T-nin televiziya proqramları “Yahsat” peykindən 11900 üfüqlükdə və http://www.aznews.tv saytında yayımlanacaq.
Portal azərbaycanlı izləyici auditoriyasının müxtəlif qruplarının, xüsusilə də gənclərin informasiya ehtiyaclarını ödəmək üçün yaradılıb. Məqsəd ölkədə demokratik dəyərləri yaymaq, dəqiq və obyektiv məlumatları peşəkarcasına çatdırmaqdır.
AN.T-nin veb-saytı oxuculara siyasi, incəsənət, tarix, elm və texnologiya, idman, iqtisadiyyat, hüquq və ətraf mühit daxil olmaqla, ayrı-ayrı bölmələrdə ən son xəbərlər, hesabatlar və təhlillər təqdim edəcək.

Paylaş: