Lopez türklərdən istəyir?
Tarix: 27-05-2019, 11:55



Dünyaca məşhur müğənni Cennifer Lopez 7 ildən sonra Türkiyədə konsert verəcək. “Qafqazinfo” xəbər verir ki, pop ulduz 6 avqust tarixində Antalyada səhnəyə çıxacaq. 
“It's May Party” turu çərçivəsində qonşu ölkəyə gələn Ceylo bunun qarşılığında 2 milyon TL qonorar alacaq. İki saat şou göstərməyə hazırlaşan sənətçini görmək istəyənlər 2 min lirələrindən keçməli olacaqlar. Bilet sahibləri pulsuz spirtli içki içə biləcəklər. 
Lopez isə şou göstərəcəyi otelin “Kral otağı”nda qalacaq. Bu məqamda bildirək ki, sözügedən mini villanın bir günlük qiyməti 25 min TL-dir.   Cennifer Antalyaya gələn zaman tələblərinin yerinə yetirilməsini istəyib. 
Lopezin istəkləri aşağıdakı kimidir:
1) Qalacağı otaqda istilik 14 dərəcə olmalıdır. 
2) Villanın dekorasiyası ağ rəngdə olmalıdır. 
3) Yataq otağında ağ güllər və zanbaqlar olacaq. Qreyfurt, limon çiçəyi ətri olan şamlar yerləşdiriləcək.
4) Şokolad, çipsi, meyvə və şirniyyat olmalıdır. 
5) Otağın özəl idman zalı qurlaşdırılmalıdır. 










Paylaş: