Aygün Kazımovadan “18-”
Tarix: 27-05-2019, 09:21



Xalq artisti şam yeməyinə dəvət edir... 

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib. 
Modern.az xəbər verir rəsmi YouTube kanalında yayımlanan albomdakı karaokeləri sənətçi pərəstişkarlarının Instagram rəyləri əsasında təyin edib. Müxtəlif ifaçılar tərəfindən tez tez repertuarına müraciət olunan Pop Diva həm sənətçilərə, həm də dinləyicilərə mahnıların tam original keyfiyətdə olan karaoke versiyasından bəhrələnmək üçün imkan yaradıb. Xalq artisti karaokelərdə səslənən “back vocal”ı belə özü ifa edib.
Aygün Kazımova ilə duet oxumaq arzusunda olanlar üçün isə məşhur “Bir daha” mahnısı məxsusi hazırlanıb. Bundan əlavə, ifasını Aygün Kazımovaya nümayiş etmək istəyən şəxslər öz videolarını  #AygunKaraoke işarəsi ilə yayımlaya bilər. Onlar arasından bir bəy və bir xanım seçilərək, Aygün Kazımova ilə şam yeməyinə dəvət alacaq.
   Layihə SS Production tərəfindən həyata keçirilir. 

  18- PLAYLIST:
  tiny.cc/aygunkaraoke 

Paylaş: