Müğənni Kərimi döyən şəxsin İŞİ ARAŞDIRILIR?
Tarix: 25-05-2019, 12:54



Teref.az olaraq xəbər vermişdik ki, Kərim Abbasova küçədə hücum olunması ilə bağlı məlumat yayılıb. Müğənni ailəsi ilə bağdan qayıdarkən naməlum şəxs tərəfindən hücuma məruz qaldığını və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, özünü polis əməkdaşı kimi qələmə verən sürücü Ramazanov Elvin Cahangir oğlu müəyyən olunaraq idarəyə dəvət olunub və izahatı alınıb.

E.Hacıyev bildirib ki, Binəqədi RPİ-nin Təhqiqiat şöbəsində aparılan araşdırma zamanı sürücü Elvin Ramazanovun polis əməkdaşı olmadığı müəyyən olunub.

Döyən tərəf günahını boynundan atıb hadisənin bəzi qaranlıq məqalarına işarə vursada Kərim hadisəyə aydınlıq gətirib.
Teref.az yazır ki, kult.az-ın suallarına cavab verən Kərimi, niyə maşından düşdüyü, o sürücü istiqamətində gedərək niyə çəkiliş apardığı, sürücüyə hansı sözlər deməsinin videoda əks olunmamasına (görüntülərə musiqi səsi verilib və danışıq səsi silinib) davanın mahiyyətini çaraq bütün niyələrə cavab verib.
“Ailəmlə birgə Goradil qəsəbəsindən qayıdırdıq. Yolun sol hissəsindı tıxac yaranmışdı, hərəkət yox idi. Mən də yolun hərəkət olan hissəsinə çıxmaq istəyirdim ki, davam edim. Mən elə yola çıxmışdım ki, bu şəxs maşınını qabağa verib düz yanımda saxladı. Əlini də maşından çıxarıb təhqiramiz tərzdə “Maşınını hara soxursan?” dedi. Öz təmkinimi qoruyub “Yaxşı, sür maşınını, biz çıxaq” dedim, ancaq bilərəkdən, sanki prinsipə maşınını sürmədi”.

K.Abbasov bildirib ki, sürücü maşınını qabağa verərək qapını açıb və müğənnini təhqir edib:

“Sol tərəf dolu olduğu üçün çıxa bilmirdim. Arxamda da maşınlar var idi və siqnal verirdilər. Mən də buna görə çıxa bilmirəm ki, arxamdakı maşınlara yol verim. Bu da prinsipə saxlayıb maşınını sürmür. Mən bir az da qaz verib çəkmək istəyəndə, bu, bir az da maşının qabağa verib saxladı və qapısını açaraq təhqirlə məni söyməyə başladı. Çox pis formada təhqir etdi məni.

Başqa sürücülər olmasaydı, o maşınını çəkməyəcəkdi. Digər sürücülərin xahişi ilə maşınını kənara çəkdi. Mən də bu təhqirlərə görə onu videoya çəkməyə başladım. O da bunu görərək mənə hücum etdi və təhqir elədi”.

Müğənni bildirib ki, həmin şəxs onu küçənin ortasında, hər kəsin gözü qabağında döyüb:

“Başıma səkkiz-doqquz zərbə endirdi. Mən polislərdən də xahiş etdim ki, oradakı kameralara baxsınlar və hadisənin necə baş verdiyini özləri də görsün”.

Xatırladaq ki, Kərim Abbasov küçədə hücuma məruz qalması və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirmişdi.
Qeyd etmək istəyirik ki, videoya diqqətlə baxanda Kərimə hücum edənin maşından necə aqressv düşdüyü açıq aşkar görünür. Bütün bu faktlar göz qarşısında ola ola müğənnini döyən şəxsdən sadəcə izahat alınaraq buraxılıb? Niyə? 
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Paylaş: