"78-ci gündür ki, oruc tuturam" - Azərbaycanlı müğənni
Tarix: 25-05-2019, 11:45



Müğənni Vüsal Əliyev Xəzər TV-də yayımlanan "5/5" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, ifaçı oruc tutduğunu söyləyib:

"Sentyabrdan bu günə kimi 9 ayın 5 ayını oruc tutmuşam. Hazırda da orucam. Bunun Allahdan nə savabı varsa, bu gözəl ayda xəstələrin şəfası üçün hədiyyə edirəm. Ramazan ayının hər günündə peyğəmbərimizə 10 min dəfə salavat göndərirəm. Hazırda 3 milyon dəfə salavat göndərmişəm. Hamısı xəstə, köməyə ehtiyacı olan insanlar üçün halal olsun".

Paylaş: