Rita Oranın 24 milyonluq daş-qaşı təyyarədə unuduldu
Tarix: 25-05-2019, 10:25



Məşhur britaniyalı müğənni Rita Oranın başına iş gəlib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 24 milyon dəyərində olan mücəvvərlərini təyyarədə unudan Rita Ora böyük şok yaşayıb.
İfaçının kuryeri çantanı təyyarədə unutduğunu fərq edincə Böyük Britaniya və Fransa polisinə məlumat verib.
Londondan özəl kuryer vasitəsilə Kann Film Festivalı üçün göndərilən mücəvvərlər polisin axtarışından sonra sahibinə təhvil verilib.

Paylaş: