“Onun haqqında heç nə danışmaq istəmirəm...” - Xalq artistinin həyat yoldaşı
Tarix: 25-05-2019, 09:07



Xəbər verdiyimiz kimi dünən mərhum xalq artistimiz Fuad Poladovun doğum günüdür. Həyat yoldaşı Gülüstan Poladova Moderator.az-a açıqlamasında bildirib ki, Fuad heç vaxt təntənəli doğum günü keçirməyi sevmirdi:

“Fuad müəllim doğum günlərini həmişə evdə keçirib. Heç vaxt xoşlamırdı doğum gününü dəbdəbəli keçirsin. Dünyasını dəyişəndən sonra bu onun ikinci doğum günüdür. Bu gün 71 yaşı tamam olur”.

Daha sonra isə Gülüstan xanım kövrələrək ağlayıb və danışmaq istəmədiyini bildirib:

“Onun haqqında artıq heç nə danışmaq istəmirəm”. 

Qeyd edək ki, Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Onkologiya Mərkəzində müalicə alıb. F.Poladov 2018-ci il mayın 4-də dünyasını dəyişib. Məzarı “Qurd qapısı” qəbiristanlığındadır. 

Paylaş: