"Toppuş bacı" ailəsi ilə
Tarix: 24-05-2019, 11:36



Əməkdar artist Tünzalə Əliyeva sosial şəbəkədə həyat yoldaşı və qızı ilə birgə çəkilmiş şəkillərini paylaşıb.
Metbuat.az xəbər verir ki, aktrisanın pozitivliyi diqqət çəkib.
O, paylaşımında "Rəbbim bütün ailələri qorusun. Hər şey daha gözəl olacaq" sözlərinidə yazıb
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uşaqlıq borusunun xərçəngindən əziyyət çəkir. Bir neçə gün əvvəl halı pisləşən Tünzalə yenidən xəstəxanaya yerləşdirilib. O, xəstəliyin qayıtdığını, şişin boğazına qədər gəlib çıxdığını bildirib.

Paylaş: