“Teleradio yayımı” haqda qanun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılacaq
Tarix: 23-05-2019, 17:32



“Televiziya və radio yayımı” haqqında qanunun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılması üçün tərəfimizdən müvafiq təkliflər hazırlanıb”.
 Bunu ONA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Nemət Cavadov deyib.
O bildirib ki, Şura tərəfindən hazırlanmış təkliflər aidiyyəti qurumlara təqdim edilib.
 Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı” haqqında qanun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılmalıdır: “Lisenziyalar və icazələr haqqında” qanunun 22.1-ci maddəsinə əsasən lisenziyalar, bu qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla, müddətsiz verilir. “Televiziya və radio yayımı” haqqında qanunda isə lisenziyaların müddəti 6 il kimi müəyyən edilib. Ona görə də qanunların bir-birinə uyğunlaşdırılması vacibdir”.

Paylaş: