"Mənə həqiqətən çox təsir edir, pis oluram"
Tarix: 23-05-2019, 17:27



Xalq artisti Könül Xasıyeva uzun müddətdir Şəkiyə köçüb, orada yaşayır.
 
Primetime.az xəbər verir ki, xanəndə “Şou news”a açıqlamasında heç bir həmkarının onu yad etmədiyini bildirib:
 
“Qoyun, bunu deməyim, qalsın. Axtaran da, axtarmayan da, gələn də sağ olsun. Yəqin hər kəsin özünə görə problemi var. Artıq yaydır, hamını Şəkiyə dəvət edirəm, gəzməyə. Hələ ölməmişəm. Gəlin, necə lazımdır qulluğunuzda durmağa hazıram. Etibar, inam indi artıq azalıb. Bilmirəm nə ilə əlaqəlidir. Bir neçə aydır rayondayam. O vaxt təndirə çörək yapılardı və ondan qonşuya pay düşərdi. Görürəm ki, indi o şeylər yoxdur. Mənə həqiqətən çox təsir edir, pis oluram”.



Paylaş: