"Həbs edilən Rüzgar mən deyiləm" — Sənətçi yayılan xəbərlərdən DANIŞDI
Tarix: 22-05-2019, 15:57



Bir müddət öncə saxlanıldığı deyilən meyxanaçı Ruzigar "Ölkə.Az"a danışıb. Sənətçi bildirib ki, zərərli vərdişlərin təbliğinə görə saxlanılan şəxsin adı yox, təxəllüsü "Rüzgar"dır:
"Mənim adım Rüzgar, soyadım Qədirovdur. Amma həmin saxlanılan şəxsin adı Aydın Hüseynovdur, ləqəbi "Rüzgar"dır. Sadəcə, bəzi sosial şəbəkələrdə həmin xəbər mənim fotomla paylaşılıb. Mən "Andımız var idi, pozdu andı", "Dolanım başına" kimi mahnılar yazmışam, oxumuşam. Özüm on beş il muğam təhsili almışam. "Kefli" adlı şanson mahnım var. Orda da maarifləndirici sözlərdən istifadə etmişəm". 
Qeyd edək ki, bir müddət öncə Azərbaycanda narkomoniyanı təbliğ etməkdə ittiham olunan meyxanaçı İlkin Hüseynli saxlanılıb. Ardınca isə  “Rüzgar” ləqəbli digər sənətçi Aydın Hüseynov  saxlanılmışdı. Saxlanılarkən onun üzərindən 1,21 qram marixuana tapılmış və sənətçi 30 sutka müddətində inzibati qaydada həbs edilmişdi.

Paylaş: