"Hətta həmin tələbələr arasında tanınmış müğənnilər də yer alacaq"
Tarix: 22-05-2019, 15:48



Rejissor Nail Naiboğlu özü haqda maraqlı açıqlama verib. UlduzumSan.Az bildirir ki, bu haqda danışan rejissor tələbələr yetişdirmək fikrinə düşüb: "Bildiyiniz kimi, hər zaman üzərimdə çalışan rejissoram.
Peşəmlə bağlı bildiklərimi gənc nəslə ötürmək istəyirəm. Belə ki, tezliklə bir çox tələbələrə rejissorluqla bağlı dərslər keçəcəm. Hətta həmin tələbələr arasında tanınmış müğənnilər də yer alacaq. Hələ ki, həmin məşhur simaların adlarını gizli saxlayıram".

Paylaş: