Ərindən ayrılan azərbaycanlı müğənni məşhur türk futbolçu ilə sevgilidir?
Tarix: 22-05-2019, 12:39



İstedadlı gənc xanım ifaçı Çinarə Məlikzadə sosial şəbəkə hesabından məşhur türk futbolçu Erkan Zenginlə birgə çəkilmiş fotosunu paylaşıb.

Milli.Az xəbər verir ki, müğənni Türkiyədə görüşdüyü futbolçu ilə fotosuna "Erkan Zenginle maç keyfi" şərhini yazıb.


Ərindən ayrılan azərbaycanlı müğənni məşhur türk futbolçu ilə sevgilidir? - FOTO

Müğənni ilə futbolçunun fotosu onların sevgili olması ilə bağlı iddialara yol açıb.

Xatırladaq ki, müğənni Çinarə Məlikzadə aktyor Əlibəy Məmmədli ilə ailəli olub. Evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur.

Ərindən ayrılan azərbaycanlı müğənni məşhur türk futbolçu ilə sevgilidir? - FOTO

Qeyd edək ki, bir vaxtlar İsveç millisinin də şərəfini qoruyan istedadlı yarımmüdafiəçi Erkan Zengin hazırda karyerasını Türkiyə birinci liqa təmsilçisi "Eskişehirspor"da davam etdirir.

Paylaş: