"Çölçü" filmi dünyanı fəth edir
Tarix: 22-05-2019, 12:34



Tanınmış kinorejissor Şamil Əliyevin ekranlaşdırdığı "Çölçü" bədii filmi üç Beynəlxalq Film Mükafatının müsabiqə Proqramına daxil olub.
Bu barədə Open.az-a kinorejissor məlumat verib.
2012-ci ildə ekranlaşdırılan film bu illər ərzində saysız-hesabsız mükafatlar qazanıb, müxtəlif nüfuzlu film festivallarının qalibi olub.
"Çölçü" filmi "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunub və ilk sırada yer alıb.
Filmin ssenari müəllifi əməkdar artist Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, Prodüseri Müşfiq Hətəmovdur.
Əsas rolları əməkdar artist Bəhruz Vaqifoğlu və Salome Demuria ifa edib.
Rejissor Şamil Əliyev 2018-ci il avqustun 1-də "Tərəqqi" medalı ilə təltif olunub.

Paylaş: