Tolikdən Tacir Şahmalıoğluna - Bir qadın haqqında bu qədər...
Tarix: 22-05-2019, 12:20


"Tacir Şahmalıoğlunun sənətinə hörmətim var, amma insan kimi xoşlamıram onu ".

Metbuat.az xəbər verir ki, bu sözləri Tarix Əliyev "Hər şey daxil" verilişinin efirində səsləndirib.

Hər zaman onu sevmədiyini dilə gətirən prodüser ilk dəfə bunun səbəbini açıqlayıb.
O, "ola bilər ki, mən bu verilişdə kiminsə haqqında tənqidi nəsə deyə bilərəm. Mən aparıcıyam heç kimin sözü ilə oturub durmuram. Amma mən Tacir bəyin son zamanlar yalnız Fədayə Laçın haqqında gündəmə gəlməyini görmüşəm. Fədayəni sevdim, ya uşağım oldu bu yaşımda, ya nə bilim nə. Yox amma danışmaya da bilər. Deyə bilər ki, o xanım indi başqa yerdədir, danışmıram. Mən bunları efirdə onun haqqında demişəm. O da deyib ki, efirdə mənim haqqımda pis danışır, sonra da məni verilişinə dəvət edir. Mənim verilişimə gəlməyə də bilərsiniz. Mən sizin sənətiniz haqqında pis danışmıram. Deyirəm ki, Tacir bəyə bir xanım haqqında bu qədər danışıb gündəmdə qalmağı rəva görmürəm.Məncə bu pis şeydi." deyib. 

Paylaş: