Əməkdar artist Samirin yeni layihəsi üçün "Kleopatra" oldu
Tarix: 22-05-2019, 11:59



Müğənni Samir Piriyev yeni “Po lyubvi” layihəsini sevənlərinə təqdim edib.

BiG.AZ xəbər verir ki, ifaçı rus dilində oxuduğu mahnıya klip də çəkdirib.
Piriyevin yeni layihəsində əməkdar artist Naina İbrahimova misir kraliçası Kleopatra obrazını canlandırıb.
Onunla yanaşı ekran işində əcnəbi aktyorlar da yer alıb.
Sözügedən layihədə musiqi və sözlərin müəllifi olan Nicat Məlikov klipin hekayəsi və rejissorluğunu, ekran işinin operatorluğunu isə Rauf Qurbanəliyev öz öhdəsinə götürüb.
Klipdəki prodüser işlərinin önəmli bir hissəsini Anara Piriyeva həyata keçirib. “Po lyubvi” layihəsinin heyətində tanınmış prodüserlər Rizvan Məmmədov və Kənan Bayramov da var.
Mahnıda öz “koroleva”sını, sultanını, xanımını axtaran və eyni zamanda tərəddüd edən bir kişinin maraqlı sevgi etirafından bəhs edilir 
Samir Piriyevin yeni işini təqdim edirik:



Paylaş: