"Elza heç vaxt efirdə deməyib ki, mənim sevgilim ya da sponsorum var"
Tarix: 22-05-2019, 11:55




Əməkdar artist Elza Seyidcahan və Nadir Qafarzadə "Xəzər" telekanalında yayımlanan "5 də 5" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, Nadir verilişdə həmkarını tərifləyərək, onu örnək müğənni olaraq gördüyünü bildirib.
O, Seyidcahanın efir mədəniyyətini qoruduğunu dilə gətirib: "Elza heç vaxt efirə uyğun olmayan cümlələr işlətməyib. O, yaxşı bilir ki, milyonlarla insan, gənc qızlar ona baxır. Bu səbəbdən heç vaxt sevgilisindən ya sponsorundan söz açmır. Heç biz belə bu barədə heç nə eşitməmişik",



Paylaş: