"Onları belə adlandırmaq xalqımıza hörmətsizlikdir"
Tarix: 22-05-2019, 10:20

Åou-biznesdÉ âkötük, çör-çöpâ qalmaqalı

Müğənni Niyam Salaminin bir neçə gün bundan əvvəl “5-də 5” proqramında “Yeni ulduz”çuları çör-çöp adlandırması yeni qalmaqalın təməlini qoyub. “Qafqazinfo” xəbər verir ki, müsabiqənin bir çox iştirakçıları Niyamın sözügedən açıqlamasına sərt reaksiya veriblər. 
Onlardan biri də “Yeni Ulduz- 4”ün qalibi İlhamə Qasımova olub.  Uzun müddətdir Amerikada yaşayan müğənni sosial şəbəkədə həmkarının fikrinə etiraz edib:
“Ümumiyyətlə, savadlı olmaq lazımdır ki, müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının sualına etiraz edib başqa müqayisədən istifadə edəsən. Əgər səhnədə belə müğənnilər öndə dayanıb, başqa həmkarlarını bu cür müqayisə ilə şərh edirsə, heç cavab verməyə dəyməz.

Uşaqlarımızın istedadlı olması üçün “Eurovision” yarışması və dünya səhnəsi lazım deyil, onların “Yeni Ulduz”da çörək pulunu güclə qazanan xalqımız tərəfindən pul xərclənərək, səs göndərilib, önə gətirilmələri daha vacibdir. Mən azərbaycanlıyam və səs vermiş insanların gücünə səhnəyə gəlmişəm və digər uşaqlar da həmçinin. Yarışmada olmayan sənətkarlarımız da xalqın sevgisi ilə fəxri adlara layiq görülüblər. Onlar kötük, yaxud çör-çöp deyillər. Onları belə adlandırmaq xalqımıza hörmətsizlikdir”.
Bu məqamda bildirək ki, Niyam proqramın aparıcısı Zaur Kamalın  “Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir” sualına “Sənətkarlar, Xalq artistləri, Əməkdar artistlər, ənkələr kötükdür, “Yeni ulduz”dan çıxanlar isə çör-çöplərdir” cavabını vermişdi.

Paylaş: