Mələkxanım Əyyubova ziyarətgahda
Tarix: 21-05-2019, 16:34



Xalq artisti Mələkxanım Əyyubova Ağdamda olub.

BiG.AZ xəbər verir ki, sənətçi Seyid Lazım Ağanın ziyarətgahına baş çəkib. O, ziyarət zamançı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Qarabağın məşhur seyidlərindən biri də Seyid Lazım Ağa olub. Hələ Ağdamda ikən Ağanın evinə Azərbaycanın dörd bir yanından ziyarətə gəlirmişlər. İndi Ağdam işğal altında olduğundan, Seyid Lazım Ağanın rayonun cəbhə xəttinə yaxın Çəmənli kəndində ucaldılmış türbəsinə hər gün onlarla insan baş çəkir.



Mələkxanım Əyyubova ziyarətgahda - fotolar
Mələkxanım Əyyubova ziyarətgahda - fotolar

Paylaş: