Prodüser Tolik üçün özəl gün - Foto
Tarix: 6-06-2017, 08:52



"Yenə də bu günümüzə şükür..."
 
 Bu gün Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi, məşhur azərbaycanlı prodüser Tarix Əliyevin doğum günüdür.
 
 Ulduzumsan.Az xəbər verir ki, 6 iyun tarixində 38 yaşı tamam olan prodüserə yaxın dost və tanışları bir gün öncədən təbrik etməyə başlayıb.
 
 Hədiyyə yağışına tutulan T.Əliyev özəl günündə təəssüratlarını belə dilə gətirib: "Bilmirəm niyə?! Yenə də bu günümüzə şükür... 38 yaşa gəlib çatdım. Hər zaman Allahdan yalnız can sağlığı və ətrafıma səmimi dostlarını olmasını istəyirəm. Həyat cox qəribədir, anadan olanda heç  kim bilmir  ki, böyüyəndə belə olacaq, yada   ki, bizi xalq tanıyacaq. Mənim bu gün ən  böyük varlığım sizlərsiz və Allah mənə xoşbəxtçilik verib sizlərin sevgisini qazanmışam".

Paylaş: