"Qızlar seriallara baxıb, ailə dağıdırlar"
Tarix: 20-05-2019, 15:47




"Müəyyən yaş var ki, ondan sonra boşanmaq olmaz. Biz ölənə qədər çalışırıq övladlar üçün yaşayaq. Mənim özəl həyatım olmayıb. Peşmanlıq çəksəm də, xeyri yoxdur, qatar getdi. Bundan sonra mən kimə lazımam? Boşansam belə, evlənmərəm. Mənim oğul evləndirən, gəlin gətirən vaxtımdır. Durum özümə toy edim? Mənim fikrimcə yanlışdır".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Boş anlar" verilişində deyib. Sənətçi bu dəfə qızları tənqid edib.

"Qızlar serial düşkünü olublar. İçinə girib, onlarla yaşayırlar. Həyatlarını seriallardakı kimi qururlar. Seriallarda xəyanət, ailə dağıtmaq var. Qızlar da baxıb, onu edirlər. Bu da savadsızlıqdan gəlir. Yüngül düşüncəli insanlardır onlar. Serial həyatı yaşamaq istəyəndən hər şey gözləmək olar.

Sənin kefin başqa adamla yaşamaq istəyir deyə, uşaq əziyyət çəkməlidir? Deyirlər, avropalaşmışıq. Axı niyə Avropadan pis şey götürürük? Orada bizə nümunə olan şeylər var".

Paylaş: