Rasim Balayevə "Dədə" deyən Fəxrəddin Manafovdan maraqlı təklif...
Tarix: 20-05-2019, 11:59



Xalq artisti, tanınmış kinoaktyor Fəxrəddin Manafovun "Dədə" deyə müraciət etdiyi Azərbaycan kinosunun canlı əfsanəsi, qüdrətli sənətkar Rasim Balayev ömrü boyu heç kimin paxıllığını çəkməyib.
Open.az xəbər verir ki, Xalq artisti Rasim Balayev sevənləri ilə birlikdə keçirdiyi görüşdə çoxsaylı suallara cavab verərkən belə deyib.
Görüşünə gələn qonaqlar arasında həmkarı Fəxrəddin Manafovu görən sənətkar onu "Təvəzökarlığın nümunəsi"adlandırıb. Öz növbəsində Fəxrəddin Manafov "Bu gün biz müasir dildə desək, Azərbaycan kinosunun brendi ilə görüşürük" deyib.
Xalq artisti Fəxrəddin Manafov əlavə edib ki: "Ayaz Salayevin bir proyekti var idi. Allah, Fuad Poladova rəhmət eləsin. Çox təəssüf edirik. Mən, Rasim Balayev və Fuad Poladovla birlikdə bir film çəkmək niyyətindəydi. Filmin ssenarisi artıq hazır idi. Sadəcə bəzi problem meydana çıxdı. O ssenari bəzi-bəzi "yolları" keçməliydi. Bu müddət uzandı. Sonra da Fuad bizi qoydu...getdi... Düşünürəm ki, bəlkə Ayaz fikirləşər, bizim ikimizi bir araya gətirər".
Fəxrəddin Manafov daha sonra Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayevaya müraciətlə: "Mən xahiş edirəm ki, Günel Rzayeva bir əsər yazsın. Həmin əsərlə məni, Rasim Balayevi və Mehriban Zəkini bir araya gətirsin. Dədə, səndən xahiş edirəm bundan sonra 30 il də yaşa və birlikdə 3 tamaşa oynayıb, 3 filmdə çəkilək".



Rasim Balayevə Dədə

Paylaş: