Quql Avroviziya-2019-un qalibini açıqladı
Tarix: 18-05-2019, 10:28



Quql (Google) populyar sorğu axtarışları əsasında Avroviziya-2019-un qalibinin kim olacağına dair reytinq tərtib edib.
Kult.az xəbər verir ki, bu məlumatı şirkətin mətbuat xidməti yayıb.
Məlumata görə, əgər insanlar Quql istifadəçilərinin axtarış aktivliyinə əsaslanaraq səs versəydilər, o zaman ilk yeri Fransanın nümayəndəsi Bilal Assani tutardı. Reytinqdə həmçinin ilk üçlükdə İslandiya təmsilçisi Hatari qrupu və Rusiya təmsilçisi Sergey Lazarev qərarlaşıb. İlk onluğa isə Niderland, Belarus, Kipr, İsveçrə, İtaliya, San-Marino və İsveç düşüb.

Paylaş: