Ona göndərilən səs yazısını dinləyən Xoşqədəm eşitdiklərindən ŞOKA DÜŞDÜ
Tarix: 17-05-2019, 17:40



Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcı Xoşqədəm Hidayətqızına qarğış etdilər.

UlduzumSan.Az sonxeber.az-a istinadən xəbər verir ki, bunu veriliş zamanı aparıcı özü açıqlayıb.

Aparıcı İnstaqram səhifəsində ona göndərilən qarğışdan şikayətlənib:

"Gülanə oğlunu aldı. Ancaq mən Gülanənin qaynanasını, baldızını söyüş və qarğışlarına görə sosial şəbəkədə əngəlləmişəm. Bu gün səhər yuxudan oyananda İnstaqramda mesaj bölümünü açıb, mesajlara baxdım. Tanımadığım şəxsin mənə səs atdığını gördüm. Açıb dinləyəndə, səsdən tanıdım ki, Gülanənin baldızıdır. Təsəvvür edin əkiz övladlarıma, Ardayla Arına elə bəd dualar, qarğışlar edib ki, özümdən asılı olmayaraq, telefonu əlimdən atıb, hönkür-hönkür ağladım. Çox dəhşətli qarğışlar idi. Sonra düşündüm ki, məgər, mən pislik etdim? Ananı öz balasına qovuşdurdum".


Ona göndərilən səs yazısını dinləyən Xoşqədəm eşitdiklərindən ŞOKA DÜŞDÜ - foto

Paylaş: