“Jara-2019”da çıxış edəcək yerli məşhurlar
Tarix: 17-05-2019, 17:25



Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Azərbaycan müğənnilərinin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, 25-28 iyul tarixlərində keçiriləcək festivalda ötən gecə “Avroviziya-2019”da uğurla ölkəmizi təmsil edib, finala vəsiqə qazanan müğənni Çingiz Mustafayev iştirak edəcək.
Bu barədə “Jara”nın “Instagram” hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, “Jara-2019”da Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva çıxış edəcəklər. Bir neçə gün öncə isə Rusiyanın Xalq artisti Filipp Kirkorov Kazımova ilə “Jara-2019”da duet oxuyacağı barədə məlumat verib. 

Paylaş: