Elzadan “Avroviziya”da bayrağımıza hörmətsizliyə REAKSİYA
Tarix: 17-05-2019, 13:22



İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin mətbuat konfransında mikrofonun üzərindəki Azərbaycan bayrağının tərsinə yapışdırılması müzakirələrə səbəb olub.






Bəzi insanlar bunu ölkəmizə qarşı hörmətsizlik kimi dəyərləndirib.
Yenicag.az-a açıqlama verən əməkdar artist, bəstəkar Elza Seyidcahanın məsələyə münasibəti fərqli olub:
“Düşünmürəm ki, bunu qəsdən ediblər. Çünki mən hər zaman xarici ölkələrdə çıxış edərkən, musiqimizə, bayrağımıza hörmət görmüşəm. Əlbəttə, gerbimizə, bayrağımıza hörmət etmək hər bir ölkənin borcudur. Sadəcə olaraq, öz ölkəmizin oradakı nümayəndəliyində təmsil olunan şəxslər dərhal bu səhvi görməli və səhvin aradan qaldırılması üçün cəhd etməliydilər”.

Paylaş: