AFFA Mahiri milli komandaya Əmrəli kimi ÇAĞIRDI
Tarix: 17-05-2019, 12:41



“Qarabağ” futbol klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Mədətovun(Əmrəli) soyadını dəyişdirməsi öz təsdiqini tapıb.
 
Lent.az-ın məlumatına görə, AFFA-ın rəsmi saytında Azərbaycan millisinin keçiriləcəyi oyunlarla bağlı heyəti açıqlanıb.

 
Heyətdə “Qarabağ”ın futbolçusu Mahirin soyadı Mədətov kimi deyil,  Emreli kimi  qeyd olunub.
 
Qeyd edək ki, Mahir atası Anar Mədətovun anasından boşanaraq başqa qadınla ailə qurmasına görə öz soyadından və ata adından imtina etdiyini bildirmişdi.



 


Paylaş: