Ər-arvad bir uşağa baxa bilmədik - Cem Yılmaz
Tarix: 17-05-2019, 10:54



Türkiyənin sevilən komediya ustası Cem Yılmaz maraqlı açıqlamalarla gündəmə gəlib.
AzNews.az xarici mətbuata istinadən məlumat verir ki, o, “Tuhaf” dərgisinə müsahibə verib.
“Uğur” insanı gerçək həyatdan uzaqlaşdıran bir bilgi olaraq beynimdə kodlaşıb. Yolun tamamlandığı hissini verir. Çox zəhərli bir durumdur. Bacarıqlı insanların ortaq özəlliyi “it kimi çalışmaqdır”. Cem Yılmaz belə deyib.
2012-ci ilin martında evləndiyi Ahu Yağtudan 31 dekabr 2013-cü ildə boşanan Cem Yılmaz məsələ ilə bağlı da bunları bildirib:
“Evliliyimi davam etdirə bilmədim. Boşanma məndə bacarıqsızlıq hissini oyadıb. Həyatda çox şeyi bacardım, amma ər-arvad bir uşağa baxa bilmədik”.

Paylaş: