Azərbaycan təmsilçisi "Eurovision-2019"un finalına vəsiqə qazanıb
Tarix: 17-05-2019, 08:12



Azərbaycanın Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev yarışın final mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında "Truth" mahnısını ifa edib.
Finala vəsiqə qazanan 10 ölkə arasında Azərbaycanla yanaşı Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniyanın da adı var. Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib.
***00:25
Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində çıxış edib.
"Report" xəbər verir ki, Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında "Truth" mahnısını ifa edib.
***23:38
İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi start götürüb.
"Report" xəbər verir ki, bu mərhələdə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 18 nömrə altında çıxış edəcək.
Onunla yanaşı bu gün İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya və Ermənistan təmsilçiləri səhnəyə çıxacaq.

Paylaş: