Tolik 100 xadiməyə öz cibindən bayram sovqatı payladı
Tarix: 16-05-2019, 17:26



Ramazan ayı Allahın biz insanlara sevgi və mərhəmətinin yağmur kimi üzərimizə yağdırdığı bir aydır. Bu ayda savablar, yüz, min qat artar. Səhərlərin ən baxımlı, pozitiv verilişi olan "Hər şey daxil" proqramının aparıcısı və layihə rəhbəri Tarix Əliyev bu missiyanı öz üzərinə götürdü. Bu dəfə T.Əliyev Ramazanın bərəkətini Xətai rayonunun Mənzil İstismar sahəsinin əməkdaşları ilə paylaşdı. 

BiG.AZ xəbər verir ki, aparıcı yüz nəfər əməkdaşa ərzaq paylaşaraq təbrikini bu sözlərlə ifadə etdi:

"Öz əziyyət haqqımdan yüz nəfər analarımıza Ramazan payı vermək istədim. Çünki biz soyuqda evdə yatanda, ya da istidə maşında oturanda siz səhər tezdən küçələri təmizləyirsiniz. Əziyyət çəkirsiniz. kimsə balasını oxutdurmaq, evinə çörək aparmaq üçün zəhmətlə işləyir. Gün o gün olsun ki, övladlarınızın hamısı vəzifə sahibi olsun, siz də evdə xanım-xatun oturasınız".

VİDEO BURADA​​​


Paylaş: