Çingiz: "Həyatımda ən önəmli günlərdən biridir"
Tarix: 16-05-2019, 16:29




"Bu gün həyatımda ən önəmli günlərdən biridir. "Eurovision"un ikinci yarımfinalda, #18 nömrəsinə səs verərək məni və "Truth"u dəstəkləyin".
Open.az xəbər verir ki, bu sözləri Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən ifaçı Çingiz Mustafayev söyləyib.
Müğənni hər kəsdən ona dəstək olmasını istəyib.
Qeyd edək ki, bu gün 64-cü “Eurovision” mahnı müsabiqəsinin növbəti buraxılışı baş tutacaq. İkinci yarımfinalda 18 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sonuncu, yəni 18 nömrə altında səhnəyə çıxacaq.

Paylaş: