Əməkdar artistin xətrinə dəydilər
Tarix: 16-05-2019, 15:58



Əməkdar artist Ruhəngiz Allahverdiyevanın xətrinə dəyiblər.
Yenicag.az xəbər verir ki, həmkarlarından biri müğənninin ünvanına “bəyəm Ruhəngiz sənətkardır? O, Azərbaycan üçün nə edib ki?” – deyə xoşagəlməz fikirlər səsləndirib.
Bu sözlərdən pərt olan müğənni illərdir ki sənətə can qoyduğunu bildirib:
“Vaxtilə avtobuslarda rayonlara konsert verməyə gedirdik. Soyuq otellərdə qalırdıq. Özüm qaldığım otağı yuyub-təmizləyirdim. O qədər dərmə-deşik vardı ki, ayaqqabılarımın kabloku ilişib qalırdı”.

Paylaş: