Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyevanın səsi batıbmış
Tarix: 16-05-2019, 15:51




Xalq artisti Könül Xasıyeva restoranda oturub çay içdikdən sonra səsi batıb.

BiG.AZ xəbər verir ki, bu barədə xanəndə özü Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində deyib. O bildirib ki, 1 il səsi açılmayıb:

"2013-cü ildə bir restoranda qonaq oldum. Həmin məkanın adını deməyəcəyəm. Ora məni xanəndə kimi dəvət etmişdilər, oxudum, oturdum. Yemək yemədim, bir stəkan çay içdim. Həmin restorandan çıxandan sonra bilmədim Allahdan oldu, yoxsa bəndədən oldu, heç kimin də ayağına yaza bilmərəm. Amma o məkandan çıxandan sonra səsim batdı. 1 il oxuya bilmədim. Həkimə müraciət etdim, səsim açıldı".




Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyevanın səsi batıbmış - FOTOLAR

Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyevanın səsi batıbmış - FOTOLAR


Paylaş: