Seksual gözəlin bu xəstəliyi şok etdi
Tarix: 16-05-2019, 15:33

Türkiyə turizminin reklam üzü olaraq tezliklə Türkiyəyə gələcək olan 2018 İngiltərə gözəllik kraliçası Alişa Kovienin illərdir xəstəliklə mübarizə apardığı ortaya çıxıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 19 yaşlı İngiltərə gözəllik kraliçası Alişa 4 ildir yaşadığı problemlə bağlı çox səmimi etiraf edib.
Gənc model insanlarla təklikdə ünsiyyət qurduqda problem yaşamadığını, birdən çoxinsanla danışmaq məcburiyyətində qaldıqda isə böyük bir problem yaşadığını deyib.
Gənc model “belə vəziyyətlərdə danışıqlar mənə sadəcə səs-küy kimi görünür və mən heç bir məna çıxara bilmirəm. Küləkli havalarda çölə çıxdıqda tamamilə kar kimi hiss edirəm, eşidə bilmirəm” deyə bildirib.
Alişa Kovie rok musiqisi kimi yüksək səsli konsertlərə də gedə bilmədiyini deyib. Gənc model yarışda münsiflərin dediklərini eşitməkdə çətinlik çəkdiyini və onlardan dediklərini təkrar etmələrini istədiyini bildirib.
Alişa “insanlara dediklərinizi təkrar edin demək çox utanc verici bir vəziyyətdir” deyə açıqlama verib.
O, bu probleminin 15 yaşında başladığını, həkimə getdikdə heç bir problem çıxmadığını, amma daha sonra bu problemin böyüdüyünü və getdikcə eşitməkdə çətinlik çəkdiyini bildirib.

Türkiye'nin Tanıtım Yüzü Olacak Güzellik Kraliçesinin SaÄlık Problemi Åoke Etti

Paylaş: