Vüqar Muradov: “Şou-biznesdəki qadınlar mənə qardaş deməsin"
Tarix: 16-05-2019, 12:33


"Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradov qadın sənətçilərin ona qardaş deməsinə qadağa qoyması barədə danışıb.
 Sənətçi "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, öz doğma bacısından savayı heç kimin ona qardaş deməsini istəmir:
"Xoşlamıram öz bacımdan başqa kimsə mənə qardaşım desin. Bu o demək deyil ki, şou-biznesdəkilərin hamısı pisdir, yaxud onlarıı pis gözlə görürəm. Özündən xoflu, narahat olanlar bu açıqlamaya görə küsüblər, üzümə də baxmırlar. Dəfələrlə açıq şəkildə etirazımı bildirmişəm. Etiraz bildirdiyim adam o qədər də inciməyib, amma sosial şəbəkədə bu barədə yazandan sonra başqaları küsüblər. 
V.Muradov qoyduğu qadağanın səbəbini də açıqlayıb:
"Bu, məni şou-biznesdə gördüklərimdən ümumi gəldiyim nəticədir. Bu aləmdə yaxşısı da var, pisi də, əyrisi də var, düzü də. Mən durub  bir-bir araşdırmayacağam ki. Burada inciyəsi bir şey yoxdur, hörmətlə yanaşmaq lazımdır. Bu sözümdən inciyənlər narahat insanlardır".

Paylaş: