Çingiz Mustafayev bu gün "Eurovison"da səhnəyə çıxır
Tarix: 16-05-2019, 10:51



Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Lent.az-ın məlumatına görə, təmsilçimiz Çingiz Mustafayev bu gün “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnə alacaq.
 
Qeyd edək ki,  İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcək.
 
Müsabiqənin finalı isə mayın 18-də olacaq.



Paylaş: