Hollivud ulduzu vida məktubu yazdı, sonra intihar etdi
Tarix: 16-05-2019, 10:25

Hollivud ulduzu vida mÉktubu yazdı, sonra intihar etdi


42 yaşlı məşhur aktyor İsaak Kappi sosial şəbəkədə bir məktub yayımladıqdan sonra intihar edib.
“Ölkə.Az” xəbər verir ki, İsaak “Terminator: Salvation” filminin ulduzudur. O, “İtirəcək heç nəyim yoxdur” deyərək intihar edib. Aktyorun məktubunda “Yaxşı insan olduğuma inanırdım amma əslində deyiləm. Həyatım boyu pis insan olmuşam” ifadələri yer alıb.
Məşhur aktyorun İnstaqram səhifəsində paylaşdığı vida məktubunda bu ifadələr olub: “İnsanları pul üçün istifadə etdim. Bir çox insana və onların etibarına xəyanət etdim. Spirtli içki, narkotik maddə və siqaret istifadə edərək özümə ziyan vurdum. Məni sevən insanlardan faydalandım. Qumara pul xərclədim. O qədər çox xərclədim ki, gələcəyimi məhv etdim. Artıq itirəcək heç nəyim yoxdur”.
1977-ci ildə anadan olan aktyor “Tor”, “Klown Kamp Massacre”, “Fanboys” və “Not Forgotten” filmlərinə də çəkilib.





Paylaş: