“Cəbhə bölgəsinə yaxın yaşayan insanların yanında olmaq dövlətimizin siyasətidir...”
Tarix: 16-05-2019, 09:11



“Bildiyiniz kimi Ağdam həmişə mədəniyyət mərkəzi olub və bu dəfə də bizi çox gözəl qarşıladılar”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov Yeddinci Televiziya Muğam Müsabiqəsinin növbəti konsertinin Ağdam Muğam Mərkəsində keçirilməsindən danışarkən deyib. M.İbrahimov bildirib ki, növbəti görüş Gəncə şəhərində olacaq:


“Mayın 12-də Ankara şəhərində Cumhurbaşkanı Simfonik Orkestri salonunda Ankara Kamera Orkesti ilə bizim İ.Nəsimiyə həsr olunan konsertimiz baş tutdu. Dirijor Əyyub Quliyev idi, məni isə Elçin Həşimov və Elnur Əhmədov müşaiyət edirdilər. Konsertin təşkilatçısı isə UNESCO-nun Azərbaycan üzrə Milli Komissiyası və Azərbaycanın Ankaradakı səfirliyi idi. İki saata yaxın davam edən konsertdə ziyalılarımız, Türkiyədə təhsil alan tələbələrimiz iştirak etdilər. 

Türkiyə səfərimizdən sonra Yeddinci Televiziya Muğam Müsabiqəsinə görə Ağdam rayonuna gəldik. Ağdamda yenicə istifadəyə verilən Ağdam Muğam Mərkəzində çox gözəl konsertimiz keçirildi. Bildiyiniz kimi Ağdam həmişə mədəniyyət mərkəzi olub və bu dəfə də bizi çox gözəl qarşıladılar. Cəbhə bölgəsinə yaxın yaşayan insanların yanında olmaq dövlətimizin siyasətidir. Bu gün biz artıq Gəncə şəhərinə gəlmişik və burdan Filarmoniyadan müsabiqənin növbəti hissəsini yayımlayacağıq. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Bölgələrdə bu cür konsertlərin keçirilməsi müsbət haldır. İnsanlarımız ifaçılarımızla yaxından tanış olurlar. Bizim layihəmizə bütün dünya baxır. Müsabiqənin yekunlaşmasına bir-iki həftə qalıb və ifaçılar da çalışırlar ki, daha yaxşı ifalar göstərsinlər”.

Paylaş: