Möhtəşəm ikili
Tarix: 16-05-2019, 08:49




Bir neçə ay sonra “Jara-2019” Beynəlxalq Musiqi Festivalı start götürəcək.
 
UlduzumSan.Az  xəbər verir ki, iyulda start götürən musiqili gecədə çıxış edən azərbaycanlı məşhurların adları açıqlanmağa başlayıb. 
Onlardan biri Xalq artisti Aygün Kazımovadır. Bu barədə layihənin instaqram səhifəsində məlumat verilib. Qeyd edilib ki, sənətçi iyulun 26-da Bakıda səhnəyə çıxacaq. 
Bundan əlavə, onun konsertdə  rusiyalı həmkarı Filipp Kirkorovla duet oxuyacağıda deyilir.
Qeyd edək ki, Aygünlə Filipp illər əvvəl Moskvada da eyni səhnəni bölüşüblər.




Paylaş: