Əməkdar artist övladlığa uşaq götürəcək
Tarix: 16-05-2019, 08:24




Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova övladlığa uşaq götürəcək.
Musavat.com xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb: "Uzun müddətdir ki, kimsəsiz qız uşağına könüllü analıq etmək istəyirəm. Bu gün öyrəndim ki, bütün şərtlərə uyğunam. İki həftə sınaq müddəti olacaq. Uşaqlarımla da danışdım, onlar da kimsəsiz uşağa analıq etməyimə razıdır. Çox xoşbəxt oldular. Bir uşağın həyatını, gələcəyini xilas etmək savabdır".
Qeyd edək ki, M. Abbasova Türkiyə vətəndaşı ilə evlidir. Onların bir qız, bir oğlan övladı var.

Paylaş: