“Ay dəli, səni sevirəm” — Nadir Qafarzadə həyat yoldaşı üçün efirdə DİZ ÇÖKDÜ
Tarix: 15-05-2019, 17:28

âAy dÉli, sÉni sevirÉmâ

ARB TV-nin “Hüseynova bacıları” proqramının budəfəki qonağı müğənni Nadir Qafarzadə olub.
"Ölkə.Az" xəbər verir ki, müğənni evliliyinin 26-cı ili münasibəti ilə efirdə həyat yoldaşını təbrik edib:
“Bu gün həyat yoldaşımla həyat qurmağımın 26 illiyidir. Səhər-səhər durub dedim ki, bilirsən də nə günüdür. Kövrəldim biraz. Dedi elə bildim ki, unutmusan. Xəbəri olmadan da hədiyyəsini göndərdim. Çalışıram hər gün ona hədiyyə edəm. Bu gün özündən böyük qızılgül sifariş vermişəm. Hərdən elə bilirəm ki, atam, qardaşım, Allahım da odur. 26 ildir ki, bir addımlayırıq. Heç kim bizə dəstək olmadan. Heç kimdən borc almamışıq. Qarnımzı bağlayırdıq ki, qarnımızın səsi gəlməsin”.
Müğənni daha sonra həyat yoldaşına mahnı həsr edib. Sonda isə müğənni sevgisini açıq-açıq bildirib:
“Nə yaxşı ki, sən varsan, ay dəli, sevirəm səni”.



Paylaş: