"O qədər pulum yoxdur ki, hər gün yeni paltar alım"
Tarix: 15-05-2019, 17:04



Xoşqədəm Hidayətqızı aparıcılıq etdiyi və Xəzər televizyasında yayımlanan "Səni axtarıram" verilişində maraqlı açıqlama verib. 

BiG.AZ xəbər verir ki, aparıcı gündə bir paltar alacaq qədər maddi imkanı yoxdur:

"Mənim bu gün heç bir vəzifəm yoxdur. Sahib olduqlarımın hər şey özümündür. Sadəcə əynimdəki bu paltar mağazanındır. Biz onları reklam edirik. Ayaqqabı amma özümündür. Mənim o qədər çox pulum yoxdur ki, hər gün canlı yayıma yeni paltar alım. Əynimdəkiləri verilişdən sonra geri qaytarıram. Sadəcə jurnalistəm. Bu gün buradayam, sabah isə başqa yerdə. Əgər televiziya da olmasa, sadəcə sayt açıb orada yazmağa davam edərəm. Mənim üçün önəmli olan ədalətdir. Bu mənim qohumumdur deyib önə çəkmək mənlik deyil. Hamı tapşırıqla haralarasa gəlsə, mənim kimi yetimlərin arxasında kim dayanacaq. O zaman ulu öndər tapşırıq verdi ki, 5 qarabağlı uşağı gətirin, oxusun. Onda məni heç kim tapşırmamışdı. Zamanında əlimdən tutub Xoşqədəm Hidayətqızı imzasını tanıdanlara heç kim məni tapşırmamışdı. Mənim üçün anam, bacım fərqi yoxdur. Hər biriniz mənim üçün eynidir. Mən xeyriyyə aksiyasına qatılan bibimi belə geri göndərdim. Çünki o aksiyalar ehtiyacı olanlar üçündür".

Paylaş: