Fəxrəddin Manafov Arzu Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi
Tarix: 5-06-2017, 18:09


İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi oldu.
 
Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
 
Peşəkar komanda və ən müasir avadanlıqlarla təchiz olunan BMM-in binasının açılış mərasimində bir sıra tanınmış simalar da məşhur aktyor iştirak edib.
 
Xalq artisti, Fəxrəddin Manafov Modern.az-a açıqlamasında media sahəsində belə bir mərkəzin olmasını yüksək qiymətləndirib:
 
“Mən də mərasimdə iştirak etdim. Düşünürəm ki, çox vacib bir iş gerçəkləşməkdədir. Bu sahədə mərkəz olmalıdır. Hər bir dövlətdə bu var. Struktur olaraq düzgün və dəqiq fikirdir. Çünki media sahəsində pərəm-pərəmlik var. İndi o qədər saytlar, qəzetlər çıxıb ki. Bəzisi peşəkardır, bəzisi qeyri-peşəkardır. Alınan-alınmayan şeylər yazılır. Mənə elə gəlir ki, belə bir mərkəz olduqda, ötürülən səhv informasiyaların sayı azalacaq”.
Qeyd edək ki, Azərbaycanın media sahəsində yeni və innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir.
 
Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb.

Paylaş: