Zaur Kamal Röya Ayxana söz atdı
Tarix: 14-05-2019, 11:58




Aparıcı Zaur Kamal “5/5” verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.
AzNews.az xəbər verir ki, o, verilişdə qonaq olan Sevil və Sevinc bacılarının istifadə etdiyi ətirə münasibət bildirirkən bu sözləri deyib: “Ətir vururlar və deyirlər ki, brend mənimdir”.
Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Röya Ayxan həmkarı Günay İbrahimlini onunla eyni ətirdən istifadə etdiyi üçün qınamışdı.
O, "Məclislərin birində Günay İbrahimli mənim istifadə etdiyim ətirdən vurdu və stolun üstünə qoydu. Sonra ona zəng vurub demək istədim ki, yerində olsaydım, o ətri ortaya çıxarmazdım. Çünki hamı bilir ki, bu ətir Röyanın ətridir" deyib.

Paylaş: