Məşhur aktyor məhkəməyə verildi - Pulunu tələb edirmiş...
Tarix: 14-05-2019, 10:55



Türkiyəli məşhur aktyor Cemal Hünal məhkəməyə verilib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çəkildiyi “Atçalı Kel Mehmet” filmindən pulunu ala bilmədiyi üçün sosial mediada paylaşım edib. Aktyor paylaşımında “Bu filmin təşkilatçıları əmək oğrusudur” yazıb.
Filmin təşkilatçıları paylaşımın ardından aktyoru məhkəməyə verərək təhqir edildiklərini bildiriblər və aktyorun həbsini tələb ediblər.
Dünən baş tutan məhkəmə zamanı aktyor sərbəst buraxılıb.

Paylaş: