Ədalət Şükürov Qurban bayramında sevənlərini sevindirəcək
Tarix: 1-09-2017, 09:15


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 01-02 avqust, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq. 
UlduzumSan.Az-ın məlumatına görə, Qurban bayramı ərəfəsində “Retro Bakı”da tanınmış müğənnilər xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov zəngin konsert proqramı ilə çıxış edəcəklər.
Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gozləyir.

Paylaş: