"Gözəlim sənsən"lə Almaniyanı fəth etdi
Tarix: 14-05-2019, 08:51



Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanovun "Gözəlim sənsən" adlı klipi Avropanı   silkələyib.                                                                                                                                           
UlduzumSan.Az-ın  məlumatına görə, ifaçının klipi Almaniyanın bir çox musiqi kanallarında yayımlanaraq, ən çox baxılan kliplər siyahısına daxil olubAzərbaycanlı ifaçının alman kanallarında belə bir uğura imza atması ilk hadisədir. 
Qeyd edək ki, “Gözəlim Sənsən” adlı xalq mahnının aranjimanı  Ruhin İsmayılova məxsusdur.  Seyran “Gözəlim sənsən” üçün klip çəkilişləri İyordaniyada və Almaniyada həyata keçib. Klipin ideyası və rejissorluğu Seyran İsmayılxanovun özünə aiddir. Bu bəstəni geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim etmişdir. 
 


Paylaş: