Fransalı rejissor Çaldıran yaxınlığındakı Qara Kilsə haqda film çəkib
Tarix: 14-05-2019, 08:46



Fransız rejissorlar tərəfindən İranın Qərbi Azərbaycan hissəində yerləşən tarixi tikli olan Qara Kilsə haqqında sənədli film çəkiblər.
ONA xarici KİV-ə istinadla xəbər verir ki, “Qara Kilsə” adlı sənədli film fransalı kinorejissor Bon Piouş tərəfindən lentə alınıb.
Filmdə Qara Kilsənin müsəlmanların yaşadığı bölgədə olsa da, hər il xristianların buranı normal şəkildə ziyarət edə bilməsi vurğulanır.
Ən qədim xristian kilsələrindən hesab edilən Qara Kilsə ən dəyərli məbədlərdən biri kimi xarakterizə edilir. 
Qeyd edək ki, sözügedən tarixi abidə 2008-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Rəvayətə görə, Çaldıran yaxınlığında inşa edilmiş Qara Kilsədə 40-43 il ərzində xristianlığı İranın şimal-qərbinə yaymaq üçün burda yaşamış missioner Taddeus adlı ruhani dəfn edilib.
Məlumat üçün bildirək ki,  təxminən 150 minə yaxın xristianın yaşadığı İranın müxtəlif bölgələrində 300 kilsə mövcuddur. 

Paylaş: