"Açıq geyimləri öz bədənimə geyinirəm"
Tarix: 1-09-2017, 09:01



"Zuhal Topalla" evlilik verilişinin azərbaycanlı iştirakçısı Naz Mila PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasının qonağıdır. Qalmaqallı Nazın mini müsahibəsini oxucularımız üçün yayımlayırıq:

-İnstagramda ən çox tənqid edilənlərdən birisiniz. Həmin adamlara nə demək istərdiniz?
-Onlar arxamdan hürdükcə daha da güclənirəm. Mən cəsarəti özümdən alıram. Bu səbəbdən tənqidlərə açıq və güclüyəm.

-Səhifənizdə reklam üçün nə qədər ödəniş alırsınız?
-Reklam üçün aldığım məbləğin miqdarı özümə qalsın...

-Açıq-saçıq geyimlərinizi bəyənənlər də var tənqid edənlər də. Bu sizi narahat etmir?
-Açıq geyimləri öz bədənimə geyinirəm. Sevən sevər, sevməyən özü bilər. Heç kimə dəxli yoxdur.

-Sevginizi qazanmaq istəyən kişi necə biri olmalıdır?
-Sevgimi qazanmaq istəyən oğlanın pulunun məni qane edecək qədər olması lazımdır.

-Sizin kimi xanımlardan adətən istifadə edirlər. Etibarınızı qazanmaq çətindir?
-Həyatda 2 dostum var. Onlara güvənirəm. Kimsə məndən istifadə edə bilməz. Saxta insanın mənim yanımda işi yoxdur. Heç kimlə çox səmimi olmuram.

-Evlilik proqramları hələ də efirdə yayımlansaydı yenidən qatılardınız?
-Hazırda verilişlər bağlanıb. Amma olsa yenidən qatılaram. 


Paylaş: